Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: O səviyyədə deyiləm

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, etdiyi səhvlərə görə sıralanma turunda geridə qalıb.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü İmolada poul uğrunda ən real namizədlərdən biri olsa da, sonda dördüncü yeri tuta bilib.

Lando Norris: “Son cəhdimdə bir neçə səhv etdim. Sıralanma turunda yetərincə yaxşı olmuram. Hamı sürətlənir, ancaq mən yavaşlayıyam. Bu yaxşı hal deyil.

Maşın əladır. Poulda isə Piastridir. Trasdakı ən yaxşı maşın bizdədir. Sadəcə mən o səviyyədə deyiləm.

Keçən il sıralanma turunda çox güclü idim. Bu il elə deyil. Bəzi səbəbləri anlayırıq, amma işlər istədiyim kimi getmir”.

Lando Norris əlavə edib ki, trasda ötmə etmək çətin olduğu üçün fərqli strategiyalar hər şeyi müəyyən edəcək: “Ötmə etmək demək olar ki, mümkünsüzdür. Ümid edirəm ki, təkərlər tez yeyilər və strategiya ilə önümüzdəki rəqibləri keçə bilərik. Amma yarış tempində az işləmişik və Hard təkəri heç sınamamışıq.

Medium təkərlər isə Soft təkərlərdən daha yaxşı idi. İstifadə etməyi düşündük, amma görək nə olur”.

Sonda Lando Norris bildirib ki, yarışın startı onlar üçün böyük fürsət olsa da, təmkinli davranacaq: “Start təbii ki, böyük fürsətdir. Amma burada birdən artıq maşını keçmək mümkün deyil. Tras dardır və risk almağı sevən sürücülərlə mübarizə aparıram. Mövsüm uzundur və stabil olmaq lazımdır”.

Rauf Hacıyev

Şərh əlavə et