Kokpit.az xatırladır ki, argentinalı sürücü İmoladakı sıralanma turunda etdiyi qəzadan sonra yarışın startında 1 yer itirəcək və yarışa 16-cı yerdən başlayacaq. Cəzanın səbəbi isə gənc pilotun Yuki Tsunodanın qəzası zamanı qırmızı bayraq prosedurlarına uymamasıdır.
FİA-nın raportuna görə Alpine yeni sürücüsünə “bolidi yavaşca boksa gətir” təlimatı versə də, sürücü bu təlimatı səhv anlayıb və pit yolunun sürətli tərəfinə keçib.
Bu hərəkət yarış qaydalarına zidd olduğu üçün gənc pilota startda 1 yer itirmək cəzası verilib.
Sıralanma turunun davamında isə Franko Kolapinto bolidin idarəetməsini itirərək, qəza edib. Qəzadan sonra tibbi mərkəzə aparılan argentinalı pilotun vəziyyətinin yaxşı olduğu deyilib.
Franko Kolapinto: “İlk dövrəmdə limitdə sürmədən yaxşı nəticə almışdım. Daha yaxşı nəticə alacaqdım. Amma böyük səhv etdim. Maşına uyğunlaşım deyə komanda əla iş gördü.
İlk yarışda belə olması pisdir, ancaq əminəm ki, daha güclü formada qayıdacağıq.
Yarışda maşını, motoru və təkər yeyilməsini daha yaxşı anlayacağam. Bu gün yaşananlar pis görünə bilər, lakin əslində komandaya və maşına öyrəşməyim gözlədiyimdən yaxşı gedir. Dünənə qədər özümü maşında çox rahat hiss edirdim”.
Şərh əlavə et