Kokpit.az xatırladır ki, ispaniyalı sürücü İmoladakı sıralanma turunda beşinci yeri tutaraq, surprizə imza atıb. O, son cəhdini Medium təkərlə vurub və builki ən yaxşı sıralanma turu nəticəsini əldə edib.
Fernando Alonso: “Üçüncü sərbəst yürüşlərdə 11 və 13-cü yerləri tutduq. Düşünürdük ki, orta yerlərdən birini tutarıq. Lakin sıralanma turunda son sessiyaya qaldıq və beşinci olduq. Gözlədiyimizdən yaxşı nəticədir. Çox gözəl surpriz oldu”.
Veteran sürücü Medium təkərlərin stabil olmasına görə üstünlük qazandıqlarını deyib. Komanda Fernando Alonsonun məsləhəti ilə sessiya ərzində həm Soft, həm də Medium təkərləri sınayıb. Beləliklə, hansı təkər əlverişlidirsə, onunla ən yaxşı nəticə qazanılıb.
Fernando Alonso: “Birinic, ikinci və üçüncü sessiyalarda həm Soft, həm də Medium təkərlərdən istifadə etdik. Medium təkər bir az yaxşı idi və bizi son sessiyaya çıxardı. Orada da yaxşı yer qazanmağımıza kömək etdi”.
Sonda Formula 1-in ən təcrübəli pilotu bildirib ki, bu strategiyanı həftənin dördüncü günündən planlaşdırıblar. Keçənilki təkər məlumatlarına görə Soft təkərlə işləməyin çətin olacağını təxmin ediblər və buna görə də fərqli yol sınayıblar: “Komanda sadəcə maşını sürətləndirmədi. Eyni zamanda fərqli düşünməyə davam etdi. Hamı hələ də mübarizə aparmaq istəyir. Bu da məni çox xoşbəxt edir”.
Sonda Fernando Alonso bildirib ki, yarışda beşinci yeri qorumaq çətin olacaq.
Şərh əlavə et