Kokpit.az bildirir ki. Zek Braun öz kolleksiyasında olan bu maşını Emiliya Romanya Qran Prisində sürüb.
Zek Braun sosial şəbəkə üzərindən bu paylaşımı edib: “Mario Andrettinin 1978-ci ildə Dünya Çempionluğunu qazandığı Lotus 79-u sürdüm. Bu maşınla İmolada trasa çıxmaq gözəl idi. Nə möhtəşəm trasdır!”
Xatırladaq ki, Zek Braun yenə də nostaljik sürüş etməyə hazırlaşır. McLaren komandasının rəhbəri Silverstounda Naycel Mansellin 1987-ci ildə sürdüyü Williams FW11B bolidinin sükanı arxasına keçəcək.
Zek Braun qısa müddət əvvəl Mario Andrettinin karyerası ərzində sürdüyü üçmaşınlıq kolleksiyasını təqdim etmişdi.
Zek Braun: “Keçək Mario Andrettiyə. Bu onun Formula 5000 maşınıdır”.
Daha sonra Zek Lotus 79-u göstərərək “Bu doğrudan da əfsanəvi maşındır. Mənim yaşıdlarımın çoxu bu maşının Matchbox oyuncaqlarına sahib olub”.
Ancaq Braun üçün kolleksiyanın ən xüsusi parçası 1987-ci ildə Long Beach Qran Prisini qazandığı şassidir: “Bu maşın mənim üçün hər şeyin başladığı yerdir”.
Bundan başqa Zek Braun bildirib ki, Andretti bu maşınla 1987-ci ilin İndianapolis 500 yarışınsa poul qazanıb və 179 dövrəlik yarışda lider gedərkən maşının motoru xarab olub: “Mario mənə bunu danışdı: Komanda yavaşlamasınl istəyəndə motorda titrəmə problemləri yaşandı. Çünki trasda hamını 1 dövrə qabaqlayırdı. Lakin yavaşladığı üçün motor xarab olmuşdu”.
Şərh əlavə et