Kokpit.az xatırladır ki, avstraliyalı sürücü xaotik keçən sıralanma turunda poul qazanıb.
Oskar Piastri: “Çox çətin sessiya idi. Təkərlər bu gen çox müəmmalı idi. Komanda mükəmməl iş gördü və maşını ideal sazlanmaya gətirə bildi. Həftəsonu ərzində bəzi fərqli sazlanmalar sınadıq və sıralanma turu üçün yaxşı nöqtəyə gəldik”.
Avstraliyalı pilot sıralanma turunun son sessiyasında trasa hamıdan əvvəl çıxıb: “Trasa hamıdan əvvəl çıxmaq sözün açığı məni sevindirmədi. Amma əvvəlki cəhdimdə böyük boşluqda çıxmışdım. Buna görə də mənim üçün böyük fərqi olmadı. Əlbəttə hava kisəsini itirirsiniz, amma çirkli havada qalmırsınız. Bu da mənə bir az kömək elədi.
Son döngədə bir neçə maşın var idi. Bu mənə kömək etmədi. Komanda əla iş gördü və strategiyamıza sadiq qaldıq. Bu da bəhrəsini verdi. Yarışda hədəfim qələbədir”.
Şərh əlavə et