Kokpit.az xatırladır ki, Red Bull komandası mövsümə pis başlayıb. Buna görə də komanda rəhbəri Kristian Hornerin vəzifəsindən uzaqlaşdırılacağı ilə bağlı iddialar yayılmağa başlayıb.
Helmut Marko: “İmoladan sonra Hornerin qovulacağı ilə bağlı çıxan xəbərlər axmaq söhbətdən başqa şey deyil. Elə bil bəziləri diqqət mərkəzinə düşmək istəyirlər. Bizdə hər şey eyni qalacaq. Hər hansı dəyişiklik planlaşdırmırıq”.
Qeyd edək ki, keçən həftə İtaliyanın Autosprint nəşri Kristian Hornerin Red Bull-dan göndəriləcəyini yazmışdı. Lakin Britaniya, Almaniya və Niderland mətbuatı bu xəbəri təkzib etmişdi. Xüsusən də Autobild və De Telegraaf bildirmişdi ki, Horner işinə davam edəcək, lakin Red Bull-un rəhbərliyi indiki nəticələrdən və performansdan narazıdır. Bu resurslar əlavə etmişdi ki, Red Bull komandası sürətlənməsə, rəhbərlik ciddi addımlar ata bilər.
Helmut Marko İmola Qran Prisindəki gözləntilərdən danışıb: “Hər şey havanın temperaturundan asılı olacaq. Havanın çox isti olması gözlənilmir. Ancaq orada ən yaxşı halda podium qazana bilərik. Lakin bazar günü yağış ehtimalı var. Bu da bizə fürsətlər gətirə bilər”.
Helmut Marko komandanın son dövrlər yavaş pit-stoplar etməsindən də danışıb: “Bunun fərqli səbəbləri var. Bu sahədə ən yaxşı idik, amma indi ortabab komandalardan olduq. Bu vəziyyəti düzəltmək üçün əlimizdən gələni edirik”.
Şərh əlavə et