Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Soft təkərlər pis işlədi

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Soft təkərlər məhdud performans göstərir.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü son 3 mövsümdə qalib gəldiyi İmolanın sıralanma turunda poulu cüzi fərqlə qaçırıb.

Maks Ferstappen: “Hər şey çox yaxşı gedirdi. İlk sektor güclü idik, amma təkərlər daha sonra performansını itirdi. Çox kiçik fərqlər hər şeyi müəyyən etdi.

Medium təkərdə özümü daha yaxşı hiss etmişdim. Bəlkə də bizim üçün Soft təkər bir az yaxşı olmadı.

Lakin əsas yarış sabahdır və xallar orada paylanacaq. Bu gün ümumi olaraq bizim üçün yaxşı gün idi.

Keçən yarışda mübarizə olmadı. Ümid edirəm ki, bu dəfə bir az sürətli olarıq. Bolidimiz daha stabil olar və təkərləri daha yaxşı qoruya bilərik”.

Rauf Hacıyev

Şərh əlavə et