Kokpit.az xatırladır ki, niderlandlı sürücü cümə sərbəst yürüşlərində McLaren sürücülərindən 0.4 saniyə geridə qalıb və günü dördüncü yerdə bağlayıb.
Maks Ferstappen: “Çox şey sınadıq. Bəziləri digərlərindən yaxşı işlədi, amma ümumilikdə yetərincə sürətli deyilik. Yarış tempində McLaren məni keçdi. Bu da hər şeyi aşkar formada göstərir.
Üstəlik digər rəqiblərimizə qarşı da işlərimiz qaydasında getmədi. Cümə günü bizim üçün bir az çətin keçdi.
Döngələrdə daha yaxşı balans tapmalıyıq. Hazırda bolidə güvənim heç də yaxşı deyil”.
Qeyd edək ki, niderlandlı pilot hazırda 99 xalla üçüncü yerdədir və o lider Oskar Piastridən 32 xal geri qalır.
Şərh əlavə et