Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Soft təkərləri anlamalıyıq

Williams komandasının sürücüsü Karlos Sayns bildirib ki, onlar Soft təkərlərdə daha sürətli olublar.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü İmoladakı birinci sərbəst yürüşlərdə üçüncü, ikinci sərbəst yürüşlərdə 10-cu yeri tutub.

Karlos Sayns: “Düzünü desəm, birinci sessiyada Soft təkərlərlə çox sürətli idik. Amma Soft təkərlərlə yarış tempində gedərkən bolidin balansı Medium təkərdəki kimi yaxşı deyil. Buna görə də sabaha qədər bunun üzərində işləməliyik.

Burada sıralanma turu çox vacibdir. Yaxşı yer çox əhəmiyyətlidir. Buna görə də C6 tərkibləri yaxşı anlamağa çalışacağıq, çünki bu təkərlərdə özümüzü fərqli hiss edirik.

Hər şey Soft təkərlərin performansını artırmaqdan asılıdır. Bu təkərlərdə bəzi döngələrdə sürətli idik və bu da bizi mübarizəyə qoşa bilər. Ancaq Alpine komandası da bu həftəsonu sürətli görünür. Aston Martin belə rəqabətədavamlıdır. Yəni ki, ilk 8 yer üçün mübarizə aparmaq asan olmayacaq”.

Rauf Hacıyev

Şərh əlavə et