Xəbəri Kokpitdə Oxuyun!

İmola F2: Krouford sprintdə qalib gəlib

Formula 2 üzrə Emiliya Romanya Qran Prisinin sprint yarışında Cek Krouford qalib gəlib. Onu Arvid Lindblad və Lyuk Brouninq izləyiblər

Kokpit.az bildirir ki, İmoladakı sprint yarışına ART komandasının sürücüsü Ritomo Miyata pouldan başlayıb. DAMS komandasının sürücüsü Krouford isə yarışa ikinci yerdən start verib.

Yarışın startında Krouford yerindən daha yaxşı tərpənərək Miyatanı geridə qoyub və liderliyə yüksəlib. Trident komandasının sürücüsü Sami Mequtunif startda yerindən tərpənə bilməyib.

Yarışın ikinci dövrəsində Lindblad Brouninqi keçərək üçüncü yerə yüksəlib. Bundan sonra yarışda bir müddət heç bir hadisə baş verməyib.

Yarışın 12-ci dövrəsində Lindblad bu dəfə Miyatanı geridə qoyub və ikinci yerə yüksəlib. Bundan 2 dövrə sonra isə Brouninq Miyatanı geridə qoyub və üçüncü olub. Yaponiyalı pilot qan itirməyə davam edib. O, bir dövrə sonra Viktor Martinsə keçilib və beşinci yerə geriləyib. Miyatanın geriləməsi bununla bitməyib. Yarışın 18-ci dövrəsində o bu dəfə Dyuna keçilib və altıncı yerə düşüb.

Yarışın 22-ci dövrəsində Amori Kordil Tamburelloda trasdan çıxıb, amma o yarışa qayıda bilib. Yarışın 23-cü dövrəsində isə Rixard Fersxur pitə gələrək, mübarizəni vaxtından əvvəl dayandırıb.

Beləliklə İmoladakı sprint yarışı Cek Kroufordun qələbəsi ilə başa çatıb. Podiumu Arvid Lindblad və Lyuk Brouninq tamamlayıblar.

Martins dördüncü, Dyun beşinci, Miyata altıncı, Fornaroli yeddinci, Stanek səkkizinci yerləri tutublar.

 

Rauf Hacıyev

Şərh əlavə et