Jurnalın məlumatlarına görə Lyuis Həmilton 1 ildə 80 milyon dollar qazanaraq, meksikalı boksçu Kanelo Alvares ilə birlikdə 22-ci yeri bölüşüb.
Maks Ferstappen isə 78 milyon dollarlıq gəliri ilə 24-cü yerdədir. O, ulduz futbolçu Neymarı qabaqlaya bilib. Maksın qazancının böyük hissəsini -72 milyon dollarını – Red Bull-dan aldığı maaş təşkil edir. Qalan 6 milyon dollar isə şəxsi sponsorlardan və məhsul satışlarından gəlib.
Həmilton isə komandasından qazandığı pula görə Maks Ferstappendən geri qalıb. Əfsanəvi sürücü komandadan 60 milyon dollar, sərmayələrdən və sponsorlardan isə 20 milyon dollar qazanıb.
Gözlənildiyi kimi Forbes-in siyahısında futbolçular və basketbolçular ön plana çıxıblar. Siyahıya Kriştianu Ronaldu başçılıq edir. O, bununla da ardıcıl üçüncü dəfə birinci yeri tutub. Portuqaliyalı ulduz ilə 275 milyon dollar qazanıb.
Siyahıda ikinci yerdə olan basketbolçu Stefen Körri 156 milyon dollar, üçüncü yerdə boksçu Tayson Furi 146 milyon dollar qazanıb.
Şərh əlavə et