Xəbəri Kokpitdə Oxuyun!

Ferrari cərimələnib

Ferrari komandası Şarl Leklerin maşınında eyni təkər dəstində iki fərqli təzyiq sınadığı üçün 5 min avro cərimələnib.

Kokpit.az bildirir ki, Formula 1-in qaydalarına görə maşın boksdan çıxdıqdan sonra bir təkər dəstinsə hava təzyiqini dəyişdirmək olmaz.

Lakin Şarl Lekler boksdan çıxıb bir dövrə vurduqdan sonra yenidən qaraja qayıdıb. O, eyni təkərlərlə yenidən trasa çıxıb, ancaq təzyiqlər fərqli olub.

Stüardlar bununla bağlı belə açıqlama veriblər: “003G, maddı 2 g.ii texniki qaydasına görə bir dəst təkər bir sessiyada bir dəfədən çox istifadə edirlə bilər.

Eyni zamanda təkərdə (təzyiqi aşağı salmaq kimi) sazlanmalar edərkən bəzi prosedurlara riayət etmək lazımdır. Bu prosedurlara görə əvvəlcə təkərin istiliyi əldə edilməlidir.

Komanda təmsilçisi bu bu prosesura riayət etmədiyini qəbul edib. Bu isə FİA Formula 1 İdman reqlamentinin pozulması deməkdir.

Keçmişdə buna bənzər təkər qaydalarının pozuntusunda olduğu kimi stüardlar komandaya 5 min avro cəza verib”.

Rauf Hacıyev

Şərh əlavə et