Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Bizim üçün test günü idi

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, İmoladakl cümə sərbəst yürüşkərində paketi anlamağa çalışıblar.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü İmolada hər iki cümə sərbəst yürüşlərində də 14-cü olub.

Fernando Alonso: “Cümə günü bizim üçün məlumat toplamaq və komandanın yeni paketini anlamaq üçün kömək etdi.

Mən də boksun bu tərəfində işin 50 faizini görməyə və stabil olmağa çalışdım. Bolidlə bağlı hisslərimi bildirdim. Ləns də öz üzərinə düşəni etdi.

Komanda indi yığılan bütün məlumatları təhlil edəcək və yeni paketdəki ən yaxşı detalların hansı olduğunu anlamağa çalışacaq. Ümid edirəm ki, şənbə günü ekstra sürət taparaq, tempimizi artıra bilərik və harada olduğumuzu görərik.

Bura dar və köhnə tərz trasdır. Buna görə də trafik bizim üçün çox çətin olacaq. Şənbə günü sıralanma turunda trafiklə bağlı şansa ehtiyacımız olacaq, çünki trasda doğru yerdə olmaq çox vacibdir. Ümid edirəm ki, sıralanma turunda hər şeyi doğru edərik.

Bura Monako üçün yaxşı test olacaq, çünki ora buradan da çətin trasdır. Yəni əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Görək nə olur”.

Rauf Hacıyev

Şərh əlavə et