Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: McLaren-ə yaxın olmaq sürprizdir

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, McLaren hazırda bir az sürətlidir.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü İmoladakı sıralanma turunda 3-cü yeri tutub və Mercedes komandasına ümid verib.

Corc son sessiyada rəqiblərindən fərqli olaraq Medium təkərlə dövrə vurub və bunun nəticəsini alıb.

Corc Rassell: “Medium təkərin sürətli ola biləcəyini düşündük bə bu yaxşı seçim oldu. McLaren-ə bu qədər yaxınlaşmaq həmişə surpriz olub, çünki hazırda çox güclüdürlər.

Son cəhdimə birinci sürətdə başladım. Saynsa çox yaxın idim və düzlükdə 0.1 saniyə itirdim, amma yenə də sevincliyəm.

Bu gün bundan yaxşısını edə bilməzdik. Amma sabah daha vacibdir. Məqsədimiz podiuma geri qayıtmaqdır”.

Rauf Hacıyev

Şərh əlavə et