Kokpit.az xatırladır ki, britaniyalı sürücü hər iki sərbəst yürüşlərdə də dördüncü olaraq güclü performans göstərib.
Corc Rassell: “İmolada olmaq əladır. Bura favorit traslarımdan biridir. Bəzi hissələrdə çox dar və yavaş, orta və yüksək sürətli döngələrin qarışımı var. Qaçış zonaları da çox geniş deyil. Buna görə də sürətli dövrə vurmaq üçün bütün potensialınızı ortaya qoymalısınız.
McLaren-in sürücüləri gözlənildiyi kimi cümə günü sürətli idi. Böyük ehtimalla sıralanma turunda da favorit olacaqlar. Şənbə günü üçün əsas hədəfimiz poul uğrunda mübarizə aparmaqdır. Buna görə də çox işləməliyik və təkmilləşməliyik. Əgər bunu edə bilsək, liderlə aramızdakı fərqi azalda və trasda maşını sürməkdən həzz ala bilərik”.
Mercedes komandasının digər sürücüsü isə cümə sərbəst yürüşlərini 18-ci yerdə bağlayıb: “Vahid dövrədə hər şeyi bir araya gətirə bilmədim. Bəzi səhvlər etdim və asfaltla ilişmə heç də yaxşı deyildi. Buna görə də C6 tərkiblərdən faydalanmaq mümkün olmadı. Lakin yarış tempində maşından razı qaldım. Ümumilikfə maşının balansı yaxşdır.
Səhər birinci sərbəst yürüşlərə çıxanda tribunaların dolu olduğunu gördüm. Bu da bizə enerji verir. Lakin dəbilqənin şüşəsini endirəndə özümü işə hazır hiss edirəm”.
Şərh əlavə et