Kokpit.az xatırladır ki, bu mövsüm McLaren üçün yuxu kimi başlayıb. “Narıncılar” 6 yarışın 5-də qalib gəlib və hər iki çempionata da inamla liderlik edirlər. Hazırda Oskar Piastri 4, Lando Norris 1 yarış qazanıb və iki sürücü arasında 15 xallıq fərq var.
Zek Braun: “Bizim üçün vacib olan şəffaflıq, kommunikasiya və dürüstlükdür. Əlbəttə, səhvlər edəcəyik, amma bir-birimizə güvənməliyik. Bir səhv olanda bu bilərəkdən edilmiş səhv olmayacaq.
Dördüncü gün sürücülərlə bir araya gəlirik. Strategiya barədə danışırıq və yeniliklər varsa, onları dəyərləmndiririk. Bəzən detallardan bəziləri bir ədəd olur və o an nə edəcəyimiz məlumdur. Vəziyyəti digər pilota açıq formada deməlisiniz. Məsələn, ona keçən dəfə sən götürmüşdün, bu dəfə götürəcək deyirik. Hər şeyi qeyd edirik.
Yarışda təmas olsa, nəsə tərs getsə, bunu həftənin birinci günü müzakirə edirik. Amma o dəqiqə həll olunası problem varsa, o başqa məsələ. Ancaq hadisənin istiliyi ilə əsəbiləşib bir söz deyərsiniz. Sabahsı gün üzr istəsəniz də, o sözlər deyilmiş olacaq.
Pilotlarıma deyirəm ki, dəbilqənizi taxın, medyanı da bu işdən kənar tutun. Çünki mətbuat yaxşı davanı sevir. Hamı yaxşı hadisə gözləyir. Təqvimdə 24 yarış var və komandanızda iki gənc sürücü yarışır. Biri səhv edəcək, lakin bu qəsdən olmayacaq. Xəta baş verə bilər”.
Şərh əlavə et