Xəbəri Kokpitdə Oxuyun!

Red Bull-un İmola yenilikləri

Bu il çempionluq uğrunda favoritlərdən biri olan Red Bull komandası İmola Qran Prisinə yeniliklərlə gəlib.

Kokpit.az xatırladır ki, “qırmızı öküzlər” Mayami Qran Prisinə yeni altlıq gətirmiş və onu sadəcə Maks Ferstappenə vermişdilər. Bu altlıq yaxşı performans göstərdiyi üçün onu Yuki Tsunoda üçün də hazırlayıblar.

Lakin avstriyalılar təkcə altlıqla yetinməyiblər. Onlar RB21-in saydpod girişində də dəyişiklik ediblər. Xüsusən də radiatorların olduğu bölgənin altında və üstündə iki önəmli dəyişiklik görürük. Əvvəlcə radyator ağızlarının düz altına yerləşdirilmiş şaquli hava yönləndiricisi arxa hissəyə və altlıq boyunca gedən hava axışını daha yaxşı hala gətirməyi hədəfləyir. Bu detalın hesabına hava axımının daha yaxşı olması və daha çox asfaltayatma qüvvəsi istehsal etməsi hədəflənir.

İkinci olaraq saydpod girişinin üst hissəsindəki vizor dizaynı tamamilə yenilənib. Bu yeni vizor hava girişini daha yaxşı hala gətirir və soyutma dəstəyi verir.

Bunlardan əlavə komandanın təkər temperaturuna nəzarət etmək üçün gizli yenilik gətirdiyi iddia edilir. İddiaya görə McLaren-in təkərlər üçün istifadə etdiyi xüsusi sistemdən nümunə götürülərək təkərlərə daha yaxşı nəzarəti hədəfləyən bəzi dəyişikliklər edilib.

Bu dəyişikliklər daxili komponentlərdə yerləşir və kənardan görünmədiyi üçün rəsmi yenilik siyahısında yoxdur.

Red Bull hazırda McLaren-dən geri qalsa da, RB21-in potensialına güvənir. Komanda hər yarışa yeniliklər gətirərək, fərqi bağıamağı hədəfləyir.

Rauf Hacıyev

Şərh əlavə et