Alpine bura ciddi dəyişikliklərlə gəlib – Flavio Briatore 16 illik fasilədən sonra komanda rəhbəri kimi geri qayıdıb, ilk 5 yarışda iştirak edən Cek Duhanı isə bu yarışdan etibarən Franko Kolapinto əvəzləyib.
Komandalar ənənəvi olaraq, mövsümün ilk Avropa yarışına ciddi yeniliklər gətiriblər və ilk sessiyanı onları qiymətləndirməyə həsr ediblər. Pirelli mövsümdə ilk dəfə olaraq C4, C5 və C6 üçlüyünü gətirib. Ən yumşaq tərkibə elə sessiyanın əvvəlindəcə müraciət edilib.
Alonso yavaş gedən Leklerə görə sürətini qəfil azaltmalı olub və stüardlar məsələni araşdıraraq yarış insidenti olduğuna qərar veriblər. Kolapinto Tsunodanı bloklayıb, Həmilton isə şikananı kəsib. Elbon iki dəfə çınqıllığa çıxıb. Mexaniklər maşının üzərində işlədiyi üçün Ferstappen bir qədər vaxt itirib.
Sona iki dəqiqə qalmış sessiya qırmızı bayraqlarla dayandırılıb. Bortoleto 18-ci döngədə trasdan çıxaraq qəza edib. Zərər cüzi olub, sürücü isə yaxşıdır. Sessiya qırmızı bayraqlar altında başa çatıb. Ən sürətli dövrə Oskar Piastridən gəlib – 1:16.545. İlk beşlik 0.1 saniyənin içində qərarlaşıb.
Şərh əlavə et