Xəbəri Kokpitdə Oxuyun!

Piastri cümə gününü zirvədə başa vurub

İlk məşq sessiyasını yenilikləri yoxlamağa həsr edən komandalar bu dəfə sazlanmalar və təkərlər üzərində işləyiblər.

Sessiyaya Medium-da qısa dövrələr seriyası ilə başlayan sürücülər tədricən Soft-a keçiblər – bu mövsüm ilk dəfə C6 tərkibi gətirilib. Sonra isə uzun seriyalar üçün Medium-lara qayıdıblar. Sauber ilk sessiyanın sonunda qəza edən Bortoletonun maşınını starta qədər hazır edib.

Trayektoriya işlənmiş rezin qatı ilə örtülüb, sürüşmə halları daha az olub. Tıxac hamıya çətinlik yaradıb. Alonso Kolapintonun yavaş maşını ilə toqquşub, lakin bu yarış insidenti kimi qiymətləndirilib.

Məşqlərin bitməsinə 8 dəqiqə qalmış Hacar qəza edib. Trasa qayıtmaq istəsə də, buna nail olmayıb. Maşının təxliyəsi üçün qırmızı bayraqlar dalğalandırılıb və hamı proqramını yarımçıq qoyaraq bokslara qayıtmalı olub.

Sona 2 dəqiqə qalmış yaşıl işıqlar yansa da, sürücülərin yalnız start prosedurunu yerinə yetirəcək qədər vaxtları olub. Sürətli dövrəni vuran sürücünün adı yenə dəyişməyib – Oskar Piastrinin 1:15.293-lik nəticəsi ən yaxşı olub.

Məşqlər sabah davam edəcək.

Elçin Zodorov

Şərh əlavə et