Xəbəri Kokpitdə Oxuyun!

M.Brandl OBE ünvanından sonra təşəkkür edib

Sky Sport-un şərhçisi və sabiq Formula 1 pilotu Martin Brandl OBE ünvanı aldıqdan sonra sosial şəbəkədə paylaşım edərək, emosialarını bildirib.

Kokpit.az xatırladır ki, britaniyalı şərhçi avtoidmana və idman yayımına verdiyi qatqıya görə OBE ünvanına layiq görülüb.

Martin Brandl: “Bu xüsusi mükafatı sehrli ortamda Uels Şəhzadəsindən ailəm və dostlarım, sürdüyüm yarış maşınlarını dizayn edən və işə salan hər kəs adına aldım. Bu yolda indiyə kimi mənimlə olan hamıya təşəkkür edirəm.

Bu məni çox şanslı və xüsusi hiss etdirdi, çünki belə mükafatı həmişə çox adamın adına alırsınız. Formula 1-də heç nəyi tək başınıza edə bilməzsiniz.

Formula 1-də həm sürücü, həm də aparıcı kimi iki fərqli karyeram oldu. Bu mükafat iki fərqli karyera üçün verildi.

Yeni ildən əvvəl mənə məktub gələndə çox sevinmişdim”.

Formula 1-in rəhbəri Stefano Domenikali də Martin Brandlı təbrik edib: “Avtoidmana və idman yayımlarına xidmətinə görə OBE ünvanı alan Martin Brandlı ürəkdən təbrik edirəm. O, avtoidmanın yorulmaq bilməyən dəstəkçisi və uzun illərdir heyranlarımız üçün gözəl səs oldu”.

Rauf Hacıyev

Şərh əlavə et