Xəbəri Kokpitdə Oxuyun!

İmola F2: Beqanoviç ilk dəfə poul qazanıb

Formula 2 üzrə İmola Qran Prisinin sıralanma turunda Dino Beqanoviç son dəqiqədə çıxan qırmızı bayraqdan əvvəl ən sürətli dövrəsini vuraraq, poul qazanıb.

Kokpit.az bildirir ki, Hitech TGR komandasının sürücüsü 1.27.418 zaman nəticəsi ilə Sebastyan Montoya və Viktor Martinsi 0.006 saniyə geridə qoyub və karyerasındakı ilk poulu qazanıb.

Sessiyanın əvvəlində Arvid Lindblad 1.28.175 zaman nəticəsi ilə birinciliyə yüksəlsə də, qısa müddətdən sonra Rodin Motorsport komandasından Aleksander Dyun zirvəyə yerləşib.

Lakin Lindblad qısa müddətdən sonra Dyuna 0.012 saniyə fərq ataraq zirvəni yenidən özünə qaytarıb.

Sessiyanın bitməsinə 10 dəqiqə qalmış tras sürətlənib və sürücülər son cəhdlər üçün yenidən trasa çıxıblar. Prema komandasından Sebastyan Montoya 1.27.421 zaman nəticəsi ilə birinci yerə yüksəlsə də, Dina Beqanoviç onu 0.003 saniyə qabaqlayıb. Dinonun bu dövrəsindən sonra isə qırmızı bayraqlarla sessiya dayandırılıb.

Qırmızı bayrağın çıxma səbəbi isə Kuş Maininin Tamburello döngəsində bariyerlərə çırpılması olub.

Beləliklə, Dino Beqanoviç Formula 2 üzrə İmola yarışına pouldan başlayacaq. Onu Sebastyan Montoya və Martins izləyəcəklər. Leonardo Fornaroli isə sıralanma turunu dördüncü yerdə tamamlayıb.

Dyun 5-ci, Lindblad 6-cı, Lyuk Brounun 7-ci olublar. MP Motorsport-dan Oliver Göte 8-ci, Maini 9-cu, Cek Krouforf 10-cu yerlərdə qərarlaşıblar.

Rauf Hacıyev

Şərh əlavə et