Kokpit.az bildirir ki, bu yeniliklər iki cəhətdən fərqlənir. Birincisi arxa qanad və onunla birlikdə işləyən tarazlayıcı qanad dəyişikliyi. İkinci yenilik isə bolidin arxa küncü, yəni əyləc kanalı çevrəsindəki hava axışı ilə əlaqədardır.
Xüsusən də tarazlayıcı qanad bütöv formadadır. Bu yeniliyin hesabına maşının alt hissəsindəki hava axımı daha təmiz olacaq və şaquli itiş gücünü artırmaq üçündür.
Ferrari bolidin arda əyləc kanallarında da dəyişiklik edib. Hava girişləri və isti hava çıxışlarının yönü yenidən dizayn edilib. Bu bölgədə flap adı verilən kiçik qanadcıqların da düzülüşü dəyişdirilib. Bu həmlələrin əsas məqsədi əylənmə anlarında bolidin arxa hissəsindəki balanssızlığı azaltmaq və SF-25-in ümumi asfaltla ilişməsini gücləndirməkdir.
Ancaq mütəxəssislər düşünürlər ki, tiffozilər sadəcə görünən detallarda yox, əyləc kanalının daxilindəki kiçik detallarda da bəzi gizli dəyişiklik ediblər.
Ferrari böyük yenilikləri iyun ayının ikinci yarısında gətirməyi planlaşdırır. “Qırmızılar” arxa asılqan sistemində vacib yeniliklər etməyi hədəfləyirlər.
Şərh əlavə et