Xəbəri Kokpitdə Oxuyun!

F.Vassyör: Çox işlədik

Ferrari komandasının rəhbəti Frederik Vassyör bu həftəsonu İmolaya ümidli gəlir.

Kokpit.az xatırladır ki, Formula 1-də Avropa mövsümünün ilk yarışı Maranellonun yaxınlığındakı İmolada keçiriləcək. Buna görə də bu yarış Ferrari üçün çox əhəmiyyərtlidir.

Frederik Vassyör: “Üç fərqli qitədə altı yarış keçirdikdən sonra Avropa mövsümünə İmolada başlayırıq. Son Qran Pridən sonra Maranelloda çox gərgin işlədik. Sonrakı yarışa ən yaxşı formada hazırlaşmaq və maşınımızdan maksimumu almaq üçün hər xırdalığı nəzərdən keçirdik.

Şarl və Lyuisin həm çətin trasda, həm də azarkeşlərimizin önündə ən yaxşı performanslarını göstərməsi üçün əlimizdən gələni etdik.”

Qeyd edək ki, Ferrari komandası geridə qalan 6 yarışda sadəcə 1 dəfə podiuma yüksələ bilib.

Rauf Hacıyev

Şərh əlavə et