Kokpit.az xatırladır ki, mövsümə pis başlayan Aston Martin İmolada maşına yeniliklər gətirib.
Bu mövsüm hələ xal qazana bilməyən Fernando Alonso isə nikbin deyil: “Bolidə yenilik gələndə komandada bir pozitivlik olur, amma son iki ildə dərslər aldıq. Gətirdiyimiz yeniliklər bəzən gözlənilən nəticəni vermədi. Buna görə də sabahkı sərbəst yürüşlərdə açıqfikirli olacağıq. Məncə, iki maşında fərqli paketlər olacaq. Cümə məşqlərdən sonra bütün məlumatları dəyərləndirəcəyik və şənbə günü bir qərar verəcəyik.
Yeni detalı mütləq maşına quraşdırmalıyıq deyə bir dərdimiz yoxdur. Çox sakitik. Paket 100 faiz işə yaramasa, istifadə etməyə məcbur deyilik”.
İmolaya gətirilən yeniliklərin Ləns Strollun maşınında istifadə edilməsi gözlənilir.
Fernando Alonso: “Trasa gələndə oxudum. Lənsin istifafə edəcəyi yazılmışdı. Ancaq mən bura 10 dəqiqə əvvəl gəldim. Bu mənim ilk trasdakı ilk gördüyüm işdir.
Bəli. Hazırda vəziyyət çox fərqlidir. Karyeramın fərqli mərhələsindəyəm. 2018-ci ildə özümü isbatlamalı idim. Qazana biləcəyimi göstərmək istəyirdim. Le Man və Daytonada qalib gəldikdən və fərqli seriyalarda qazandıqdan sonra artıq daha sakitəm. 2023-cü il də mənim üçün yaxşı əhval oldu. Aston Martin-də bəzi uğurlar qazandım. Yenidən təqdir edildim. İndi bizi 2026-cı ildə yeni reqlament gözləyir və Ədrian Nyuinin gəlişi ilə fərqli hiss edirik. Bu il bizim üçün gözləmə dövrüdür.
Hazırda rəqabətədavamlı deyilik. Çox xal qazanacağımı düşünmürəm. Hətta, xalsız qala bilərik. Buna baxmayaraq işimizə fokuslanmışıq və motivasiyalıyıq. Gələn il iddialı olmaq üçün hazırlaşırıq.
İntervyu vermək çətindir, hər gün mətbuatla maraqlanmaq çətindir. Eyni suallar təkrar-təkrar verilir.
Bəli, hazırda sıfır xalım var və böyük ehtimalla belə davam edəcək. Ancaq bura gəlirəm və nə vəziyyətdə olduğumuzu bilirəm. Buradakı vəzifəm komandaya kömək etməkdir. İki paketi də anlamaq üçün sabah və şənbə günü stabil olmalı və yaxşı dövrələr vurmalıyam.
Şənbə günü ən yaxşı dövrəmi vuracağam. Bazar günü 60 dövrə ərzində sıralanma tempində gedəcəm. Komandaya kömək etmək və hamıya motivasiya vermək mənim işimdir. Bunu bir robot kimi edirəm. Dəqiq və intizamlı olmağa çalışıram.
Bəzən intervyularda özümə gəlirəm. Suallar ədalətlidir və haqlıdırlar. Necə cavab verəcəyimi bilirəm. Hər şey barədə pozitiv hiss edirəm. Lakin bunu sözlərlə ifadə etmək çətindir. Xal ala bilməyəndə ya da birinci sessiyada uduzanda bu lap çətin olur. Lakin əlindən gələni edəcəyəm və növbədə 18 yarış var”.
Fernando Alonso fizioterapevti Fabritsio Borranın ölümü barədə emosional danışıb: “Çətin həftə oldu. 2001-ci ildə Minardi komandasında bir yerdə başladıq. 24 il ərzində çox şey yaşadıq. Dünyanı bir yerdə gəzdik. Fabritsio bütün idman növlərində idmançılara əlavə güc verə bilən adam idi. Onu xatırlayacağıq. Bu çox vacibdir. Özünü idmana həst etmiş insan kimi xatırlanmaq onun üçün böyük şərəfdir”.
Şərh əlavə et