Xəbəri Kokpitdə Oxuyun!

Ə.Nyui: Red Bull-un aerodinamik borusu çox köhnə idi

Aston Martin komandasının texniki direktoru Ədrian Nyui bildirib ki, Red Bull-un aerodinamik borusu köhnə olsa da, işçilər yaxşı işləyərək vacib uğurlar qazanıblar.

Kokpit.az xatırladır ki, Adrian 2006-2024-cü illərdə Red Bull komandasında işləyib və o, bu ildən Aston Martin komandasına keçib.

Ədrian Nyui: “Lourens Stroll genişfikirli insandır və o, Formula 1-in ən yaxşı bazalarından birini yaratdı. Amma indi əlimizdə olan imkanları necə istifadə edəcəyimizi dəyərləndirməliyik.

Bu idman hələ də insanlardan asılıdır. Əvvəlki komandam Formula 1-in ən pis aerodinamik borularından birinə sahib idi və sadə bir sənaye bölgəsində çox da vacib olmayan bir neçə binada fəaliyyət göstərirdi. Amma buna baxmayaraq hamı birlikdə işləyə bildi və çox güclü komanda əmələ gətirdi.

Hazırda komandada çoxlu istedadlı insanlarımız var, ancaq bəzi sahələrdə daha çox insana ehtiyacımız var. Bundan başqa əlimizdəki imkanlardan istifadə edərək və istedadımızı təkmilləşdirərək insanların daha faydalı işləməsini təmin etməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et