Xəbəri Kokpitdə Oxuyun!

Ə.Həmilton FİA-da işə başlayıb

Lyuis Həmiltonun atası Əntoni Həmilton FİA-nın prezidenti Ben Sulayemlə gənc sürücülərin inkişafı üçün işləyəcək.

Kokpit.az bildirir ki, Əntoni Həmilton 18 ay idi ki, FİA-da məsləhətçilik edirdi. Onun bu vəzifəsi gələn həftə Makauda rəsmi olaraq açıqlanacaq.

FİA prezidenti Muhammed Ben Sulayem kartinqdən peşəkar idmana gedən yolu asanlaşdırmaq üçün “Young Driver Development Pathway” layihəsi başladıb. Əntoni Həmilton bu layihədə rəsmi vəzifədə işləyəcək.

Ancaq onu da qeyd edək ki, Əntoninin oğlu Lyuis Həmilton bəzən Ben Sulayemlə anlaşmazlıq yaşayır. Belə ki, Lyuis keçən il sürücülərin radiodan söyüş söyməsini yasaqlayan Ben Sulayemi tənqid etmişdi.

Ben Sulayem isə sərt reaksiyalardan sonra bu il cəzaları yumşaltdığını təsdiqləyib. Lakin Lyuis yenə də onu tənqid edib: “Bu haradan çıxdı bilmirəm. Dediyim şeyin təsiri ola bilməz. Hazırda orada işlər qaydasında getmir və dəyişiklik vacibdir”.

Qeyd edək ki, ilin sonunda FİA-nın prezident seçkiləri keçiriləcək.

Rauf Hacıyev

Şərh əlavə et