Xəbəri Kokpitdə Oxuyun!

Tarixdə ilk – F1, F2, F3 və F4 eyni həftəsonu keçiriləcək

Tarixdə ilk dədə Formula 1, Formula 2, Formula 3 və Formula 4 yarışları eyni həftəsonunda keçiriləcək. Belə ki, İngiltərə Qran Prisinin proqramına çempionata daxil olmayan F4 yarışları da əlavə edilib.

Kokpit.az bildirir ki, bununla da F4 Britaniya kateqoriyası ilk dəfə Silverstoun trasında Formula 1 həftəsonunda təşkil ediləcək.

Britaniya Qran Prisi 4-6 iyulda təşkil ediləcək və İngiltərə F4 yarışları üçün iki yarış olacaq. Bu yarışların hər biri 25 dəqiqə+1 dövrə davam edəcək. Seriyada normal vaxt 20 dəqiqə olsa da, burada yarışın məsafəsi bir az da artırılacaq. Yarışlar sadəcə 2024-cü il mövsümündə Britaniya F4-də qeydiyyatdan keçmiş komandalara açıq olacaq.

Britaniya F4 Çempionatının idarəçisi Eve Leyk-Qrənc bildirib ki, bu fürsət onların seriyaları üçün tarixi bir andır: “FİA-nım dəstəklədiyi Britaniya F4 Çempionatı ailəsi üçün bu əsl dönüş nöqtəsidir. Uzun müddət idi ki, Formula 1-in dəstək proqramında olmaq üçün əlimizdən gələni edirdik. Bu xəyalı reallaşdırdığımız üçün çox sevincliyik.

Biz Formula 1-ə gedən yolun ilk pilləsi olduğumuz üçün qürur duyuruq. Sürücülərimiz eyni həftəsonunda həm yarışacaqlar, həm də gələcəkdəki karyeralarını ən yaxşı formada görəcəklər. Bu ilhamverici və xüsusi olacaq.

Formula 1-dən böyük səhnə yoxdur. İyul ayında Silverstounda 100 minlərlə azarkeşin önündə yarışmaq fikri hamımızı həyəcanlandırır”.

Rauf Hacıyev

Şərh əlavə et