Kokpit.az bildirir ki, italyan komandası İmola trasına yeni altlıq və aerodinamik yeniliklərlə gəlib. Lakin kənardan baxanda çox böyük görünən bu dəyişikliklərin trasda az fərq verməsi gözlənilir.
Racing Bulls komandasının rəhbəri Loren Mekis: “Buna bolidin ilk yenilikləri deyə bilərik. Əgər yenilikləri detal həcminə görə dəyərləndirsək, əlimizdə çox böyük paket var. Lakin reallıq fərqlidir və bu kiçik bir addımdır.
Keçən il anladıq ki, bu maşınları inkişaf və aerodinamik performans cəhətdən geriyə salmaq çox asandır. Aerodinamika ilə bolid dinamikası arasında münasibət çox həssasdır. Buna görə də bolidə yenilik gətirən zaman çox diqqətli davranırıq.
Artıq nə bizim üçün nə də rəqib komandalar üçün böyük addımlar var. Hamısı kiçik addımlardır. Bu kiçik addımların ilki İmolaya gələcək. Onuncu yarışaq qədər bir az da kiçik addımlar olacaq. Sonra isə təbii olaraq bu hal yavaşlayacaq.
Addım-addım irəli gedərək hər şeyi korlamaya bilərik. Lakin bir tərəfdən də görürük ki, 6-cı ilə 12-ci yer arasında 0.1 saniyə fərq olur. Bu da çox pis haldır. Sonrakı addım atmaq üçün əlinizdən gələni edirsiniz, amma çox irəli getsəniz, hər şey xarab olur və geriyə düşürsünüz.
Məncə, hamı Barselonadakı vəziyyəti görmək istəyir. Biz də Barselonadan sonra özümüzə gəlib performansımızı dəyərləndirəcəyik. İndiki maşın konseptindən nə qədər potensial çıxara biləcəyimizə baxacağıq. Bunu gələnilki inkişaf sürəti ilə balanslaşdıracağıq.
Hazırda əsas düşüncəmiz 2025-ci il olsa da, Kataloniyadakı yarışdan sonra balansı necə dəyişdirəcəyimizə qərar verəcəyik. Əksər komandalar belə edəcək.”
Şərh əlavə et