Kokpit.az xatırladır ki, Ədrian Nyui 18 il Red Bull-da işlədikdən sonra bu il Aston Martin komandasına transfer olunub. Lakin o, heç bir yarışda “yaşıllar”ın yanında olmamışdı.
Britaniyalı mühəndis indiyə kimi Aston Martin-in bazasında 2026-cı il maşınının üzərində işləyib.
Ədrian Nyui: “Əlimdə qeyd dəftərimlə Monakoda olmağı planlaşdırıram.
Müasir Formula 1-də son təslim tarixləri 20 il əvvəlkinə nisbətən çox erkəndir və 2026-cı il maşını üçün son tarix yaxınlaşır. Buna görə də əsas diqqətimi ora yönəltmişdim və indiyə qədər traslara getməmişdim”.
Ədrian Nyui Aston Martin komandasına AMR25 hazır olandan sonra qatılmışdı. Buna görə də o bolidə təsiri olmayıb. Buna baxmayaraq, AMR25-in inkişafında tamamilə kənarda qalmadığını deyib.
Ədrian Nyui: “Lourens təbii olaraq 2025-ci ildə ən yaxşı performansı istəyir. Buna görə də aerodinamim cəhətdən bu ilin maşını üzərində işləyən kiçik komanda var. Onlarla naharda bir az söhbət etdik və nələr edə biləcəyimizi dəyərləndirdik”.
Şərh əlavə et