Kokpit.az xatırladır ki, bəzi iddialara görə Karlos Sayns SR. FİA prezidentliyinı namizəd olmaq istəyir.
Karlos Sayns JR: “Bu mövzu barədə bir müddətdir ki, aramızda danışırıq. Bu fikir atamdan çıxmadı və maraqlısı da budur. Paddokdakı insanlar onun beyninə bu fikri saldı və atam da bu barədə düşünməyə başladı. İndi doğrudan da düşünür. Hələ komanda ya da namizədlik üçün bir şey etməyib, amma dəyərləndirir
Mən onun oğluyam və təbii ki, tərəfliyəm, amma obyektiv gözlə baxanda uşaqlıq illərindən etibarən kartinqdən Formula 1-ə qədər mənimlə bütün mərhələləri yaşayıb. Dörd-beş il kartinqdə yarışıb. On il Formula 1-də mənimlə birl yerdə olub. Ralli yarışlarında 40 il keçirib.
İspaniyada “Ponle Freno” kampaniyası ilə çatdırılma təhlükəsizliyi mövzusunda aktiv işləyir. Avtoidmanın fərqli sahələrində bu qədər təcrübəyə sahibdir və karyerasının sonunda idmana bir şeylər vermək istəməsi məncə, çox qiymətlidir.
O hələlik prosesi anlamağa və seçimlərin necə işlədiyini öyrənməyə çalışır. Kimlərlə işləyəcəyini dəyərləndirir. Mən də öz işimlə məşğulam, amma iki həftədən bir mənə yeni xəbərlər verir. Fikrimi istəyir, amma bu qədər. Bu onun qərarıdır.
Siyasət bu işin mənfi tərəfidir, amma atam kimi empati quran və təməl dəyərlərə önəm verən bir adam bu dünyaya fərqlilik gətirə bilər. Siyasəti sevməsə də, bilir ki, bu da işin bir hissəsidir”.
Atasının FİA prezidenti olması Karlosun karyerasına təsir edə bilər. Əksəriyyət düşünür ki, burada mənfəət problemləri yaşana bilər.
Karlos Sayns JR: “Bu mövzunun karyerama necə təsir edəcəyini düşündüm, amma hər hansı problem görmürəm. Əgər belə şey olsa, hamıdan əvvəl biz buna əngəl olarıq. Atam və mən dürüst insanlarıq. Avtoidimanda belə vəziyyətdən istifadə etmək istəmərik.
Atam yarışmağı çox sevir. Təqaüdə çıxsa da, aktiv formada idmana xeyir vermək istəyir. FİA-nın son 30 ildə təhlükəsizlik üçün etdiklərini təqdirlə qarşılayır. Bu quruluşa borcunu qaytarmaq ona motivasiya verir.
Atam həmişə mənim həyat mentorum olub. Hər gün telefonda danışırıq. Xarakter olaraq fərqli olduğumuzu deyənlər olsa da, düşüncələrimiz çox vaxt üst-üstə düşür. FİA və Formula 1-də təkmilləşəcək sahələr barədə ona geribildirimlər verirəm. O da bunları qeyd edir”.
Şərh əlavə et