Kokpit.az bildirir ki, İmola yarışı Red Bull üçün xüsusi əhəmiyyət kəsb edir. Komanda Formula 1 tarixindəki 400-cü yarışına çıxacaq.
Maks Ferstappen: “Bu birhəftəlik fasilə çox vacib idi, çünki önümüzdə üç arıcıl yarışlıq gərgin bir dövr var.
Bu həftə bazaya qayıtdım və simulyatorda işlədim. Komandamız həmişəki kimi əlindən gələni edir. Ümid edirik ki, bu işlərimizin qarşılığını alarıq.
Bura köhnə tərz, texniki trasdır. Burada yarışmaqdan həzz alıram. Lakin ötmə etmək çox çətindir. Buna görə də sıralanma turu bu həftəsonu çox vacib olacaq.
Bu həftəsonu komandamız 400-cü Qran Prisinə çıxacaq. Doğrudan da qürur duyulası andır. Çoxlu rekord qırdıq və vacib uğurlar qazandıq. Keşmişə dönüb baxanda böyük işlər bacardığımızı görə bilirik. İndi isə gələcəyi düşünürük və yeni uğurlar qazanmaq istəyirik”.
Red Bull komandasının ikinci sürücüsü Yuki Tsunoda da öz fikirlərini bildirib: “Avropaya qayıtmaq gözəldir. Uzun illərdir ki, İtaliyanı ikinci vətənim kimi görürəm. Mövsümün ən gərgin dövründə burada keçirdiyim hər an çox dəyərlidir.
Ümid edirəm ki, bu həftəsonu hamı gözəl pitsa və makaron yeyə bilər. Biz də yaxşı nəticə qazana bilərik. Mayami yarışından sonra bolidimizdə daha yaxşı balans yaratmaq üçün bəzi yeniliklər hazırladıq. Ümid edirəm ki, bunlar işə yarayarlar.
Bolidə olan inamım gün keçdikcə artır və komanda daxilindəki başlama prosesi üçün bu çox vacibdir. Nə etməli olduğumu bilirəm. Bundan başqa bu həftəsonu komandamız üçün xüsusidir. 400-cü yarışımız olacaq. Buna görə də bu həftəsonunu səbirsizliklə gözləyirəm”.
Qeyd edə ki, Red Bull komandası İmolada Maks Ferstappenlə 2021, 2022 və 2024-cü illərdə qalib gəlib.
Şərh əlavə et