Xəbəri Kokpitdə Oxuyun!

Ferrari yenilikləri təxirə salır

Mövsümə yaxşı başlamayan Ferrari komandası SF-25 üçün gətirəcəyi yenilik paketini bir neçə yarışa yaymaq qərarına gəlib.

Kokpit.az bildirir ki, Ferrari hazırda 2026-cı ildən başlayacaq yeni reqlament üçün yığılan 678 kodlu yeni bolidi üçün ciddi resurs ayırır. Buna görə də SF-25 üçün ayrılan inkişaf büdcəsi məhdudlaşdırılıb. Komanda Dünya Çempionluğu hədəfindən uzaqlaşsa da, hələ də azarkeşlərini sevindirən performans göstərmək istəyir.

Ferrari əvvəlcə İspaniya Qran Prisi üçün yeni ön qanad gətirəcək. Bu yenilik elastiklik qaydalarına uyğunlaşmaq üçün dizayn edilib. Ferrari mühəndisləri inanırlar ki, bu dəyişikliyin hesabına Red Bull və Mercedes qədər performans itirməyəcəklər. Amma əsas gözlənilən yenilik iyun ayının ikinci yarısında gözlənilir. Bu yeniliklərlə arxa asılqanda böyük dəyişikliklər olacaq.

Arxa asılqanların yenilənməsi ilə bolidin yüksəkliyi azaldılacaq və asfaltayatma qüvvəsi artırılacaq. Bunun hesabına yavaş döngələrdə yaşanan asfaltla ilişmə problemlərini azaltmaq istəyirlər. Texniki quruluşda böyük dəyişiklik edilməsə də, linlər yenilənəcək və yeni mexaniki sazlanma aralığı təmin ediləcək. Ötürmələr qutusu dəyişdirilməyəcək. Ancaq kəpənəkciklərin linklərində dəyişiklik edilə biləcək.

Yeni arxa asılqanın Kanada ilə Avstriya Qran Prisi aralığında istifadəyə verilməsi gözlənilir. Bu yeniliklərdən sonrakı üç yarışda – Britaniya, Belçika və Macarıstan – inkişafın təsiri təhlil ediləcək. Arxa asılqan dəyişikliyindən başqa aerodinamik quruluşda da yeniliklər ediləcək.

Komandanın səbirli strategiyasının səbəblərindən biri sürücülərdən gələn təzyiqdir.

Ferrari SF-25 sürətli sektorlarda yaxşı olsa da, yavaş döngələrdə problem yaşayır. Bu hal bolidin ön tərəfindəki yetərsiz asfaltla ilişmə problemini artırır. Xüsusən də altlıq təsiri ilə işləyən bu yeni nəsil maşınlarda öndə ilişmə az olanda arxada da balans pozulur.

Ferrari mövsümə pis başlasa da, təslim olmur. Düzgün sazlanmalarla SF-25-in potensialını ortaya çıxarmaq istəyirlər.

Rauf Hacıyev

Şərh əlavə et