Kokpit.az xatırladır ki, Ferrari bu il çempionatın əsas favoritlərindən biri olsa da, ilk 6 yarışda sadəcə 1 podium qazana bilib. Tiffozilər hazırda çempionatda dördüncü yerdə gedirlər.
Deymon Hill: “Bəli, geri qaldılar. Məncə, bundan sonra Fred üzərindəki təzyiqi hiss etməlidir.
Vəzifəyə təzə gələndə sözün əsl mənasında balayı dövrü yaşadı, amma bolid zəif olandan sonra işlər dəyişir. Bu komandanın bu qədər geridə qalması qəbul edilə bilməz.
Williams-ı alçaltmıram. Əla perfirmans göstərirlər, amma onlara uduzmamalıdırlar. Ferrari qələbə uğrunda mübarizə aparmalıdır”.
Ferrari komandasının rəhbəri Frederik Vassyör isə inanır ki, Barselonada elastik qanadların yasaqlanması ilə komandalar arasındakı fərqlər azalacaq.
Formula 1 üzrə 1996-cı ilin Dünya Çempionu Deymon Hill bildirib ki, Ferrari komandasının rəhbəri Frederik Vassyör bu qədər pis nəticədən sonra üzərində təzyiq hiss etməlidir.
Kokpit.az xatırladır ki, Ferrari bu il çempionatın əsas favoritlərindən biri olsa da, ilk 6 yarışda sadəcə 1 podium qazana bilib. Tiffozilər hazırda çempionatda dördüncü yerdə gedirlər.
Fransalı rəhbər bu barədə belə danışıb: “Barselona yarışına qədər İmola və Monako var. Bu yarışlarda bəzi kiçik yeniliklər gətirəcəyik. Ancaq açıq danışsaq, bu gün bizim əsas problemimiz McLaren kimi potensialımızı istifadə edə bilməməyimizdir.
Əsas məsələ hər şeyi bir araya gətirməkdir. Növbəti iki yarışda bolidin tam potensialını istifadə etmək üçün fokuslanmağa çalışacağıq.
Şarl və Lyuisə tamamilə güvənirəm. Son beş mövsümdə Şarl stabil yarışıb. Lyuis isə bu idmanda bütün rekordları qırıb. Sıralanma turunda iş görən pilotlardırlar. Amma bu maşınla mümkün deyil. İnkişaf etməli və daha yaxşı iş görməliyik”.
Şərh əlavə et