Xəbəri Kokpitdə Oxuyun!

AADA “Yaşıl ölkə” adlı sərgi keçirib

Azərbaycan avtomobil dilerləri assosiasiyası (AADA) 9-11 may tarixlərində “Yaşıl ölkə” adı altında elektrik avtomobillərin növbəti sərgisini təşkil etdi.

Sərginin rəsmi açılışından öncə AADA üzvləri Ulu Öndər, müasir Azərbaycanın banisi Heydər Əliyevin doğum gününə həsr olunan ənənəvi avto-yürüşü təşkil etdilər. Ekoloji avtomobil karvanı paytaxt küçələrində fəxri dövrə vurduqdan sonra “Yaşıl ölkə” sərgisinə qatıldılar

“Park Bulvar” AVM ərazisində qurulan ekspozisiyada rəsmi dilerlərin təqdimatında ən müasir elektrik nəqliyyat vasitələri nümayiş olundu.

Sərginin təşkilatı dəstəkçisi Azərbaycan Avtomomobil Federasiyasıdır (AAF).

Rauf Hacıyev

Şərh əlavə et