Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Mayamidə ardıcıl üçüncü qələbəsini qazanmışdı. McLaren komandasında son dəfə ardıcıl 3 yarış qazanan pilot 1997-1998-ci illərdə Mika Həkkinen olmuşdu. Finlandiyalı əfsanə 1997-ci ilin son yarışı olan Xeresi və 1998-ci ilin ilk iki yarışı olan Avstraliya ilə Braziliyanı qazanmışdı. Bununla da Mika Həkkinen 1998-ci ildə ilk dəfə Dünya Çempionu titulunu qazanmışdı.
Oskar Piastrinin İmoladakı hədəfi yenə qalib gələrək, ardıcık dördüncü qələbəsini qazanmaqdır. Əgər gənc sürücü bunu bacara bilsə, McLaren tarixində ardıcıl 4 yarış qazanmış ikinci pilot olacaq. Bu uğura daha əvvəl əfsanəvi Ayrton Senna nail ola bilib.
Ayrton Senna 1991-ci il mövsümünə ardıcıl 4 yarış qazanmaqla başlamışdı. Braziliyalı əfsanə Amerika, Braziliya İmola və Monako yarışlarını qazanmışdı. Senna həmin mövsümün qalanında daha 3 yarış qazanaraq, üçüncü və son Dünya Çempionluğunu qazanmışdı.
Lakin Ayrton Senna 1988-ci ildə də ardıcıl 4 yarış – İngiltərə, Almaniya, Macarıstan və Belçika – qazanmışdı.
Şərh əlavə et