Xəbəri Kokpitdə Oxuyun!

Piastri Sennanın rekordunu təkrarlaya bilər

McLaren komandasının sürücüsü Oskar Piastri İmolada Ayrton Sennanın rekordunu təkrarlaya bilər.

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Mayamidə ardıcıl üçüncü qələbəsini qazanmışdı. McLaren komandasında son dəfə ardıcıl 3 yarış qazanan pilot 1997-1998-ci illərdə Mika Həkkinen olmuşdu. Finlandiyalı əfsanə 1997-ci ilin son yarışı olan Xeresi və 1998-ci ilin ilk iki yarışı olan Avstraliya ilə Braziliyanı qazanmışdı. Bununla da Mika Həkkinen 1998-ci ildə ilk dəfə Dünya Çempionu titulunu qazanmışdı.

Oskar Piastrinin İmoladakı hədəfi yenə qalib gələrək, ardıcık dördüncü qələbəsini qazanmaqdır. Əgər gənc sürücü bunu bacara bilsə, McLaren tarixində ardıcıl 4 yarış qazanmış ikinci pilot olacaq. Bu uğura daha əvvəl əfsanəvi Ayrton Senna nail ola bilib.

Ayrton Senna 1991-ci il mövsümünə ardıcıl 4 yarış qazanmaqla başlamışdı. Braziliyalı əfsanə Amerika, Braziliya İmola və Monako yarışlarını qazanmışdı. Senna həmin mövsümün qalanında daha 3 yarış qazanaraq, üçüncü və son Dünya Çempionluğunu qazanmışdı.

Lakin Ayrton Senna 1988-ci ildə də ardıcıl 4 yarış – İngiltərə, Almaniya, Macarıstan və Belçika – qazanmışdı.

Rauf Hacıyev

Şərh əlavə et