Kokpit.az bildirir ki, İngiltərə Kralı 3-cü Çarles adına verilən nişanə mayın 13-də Vindsor Qalasında təşkil edilən rəsmi mərasimlə Brandla təqdim edilib.
OBE Britaniyada MBE-dən (üzv) bir rütbə üstün, CBE-dən (komandor) bir rütbə aşağıdır. Brandl bu mükafata avtoidmana və idman yayımlarına qatqılarına görə layiq görülüb.
Xatırladaq ki, Red Bull komandasının rəhbəri Kristian Horner keçən il avtoidmana xidmətlərinə görə CBE mükafatı almışdı.
Obe-dən üstün olan cəngavərlik titulu isə indiyə kimi məhdud sayda adama verilib. Bunlardan yeddisi Formula 1 dünyasındandır. Onlar Cek Brəbhəm, Ceki Stüard, Stirlinq Moss, Lyuis Həmilton və Ron Dennisdir.
Şərh əlavə et