Xəbəri Kokpitdə Oxuyun!

S.Fettel Həmiltona dəstək olub

Sabiq Formula 1 pilotu Sebastyan Fettel Ferrari-də çətin günlər yaşayan Lyuis Həmiltona dəstək olub.

Kokpit.az xatırladır ki, yeddiqat Dünya Çempionu Ferrari karyerasına pis başlayıb. O, bütün yarışları Şarl Leklerin arxasında bitirib. Sıralanma turunda isə hesab 5-1 monakolu pilotun xeyrinədir. Lyuisin builki ən böyük uğuru Çindəki sprint yarışında qalib gəlməsidir.

Üstəlik Mayami Qran Prisində o, yarış mühəndisi Adami ilə mübahisə edib. Bu da əfsanəvi Lyuisin Ferrari-yə öyrəşməkdə çətinlik çəkdiyini göstərir.

Lakin Formula 1 üzrə dördqat Dünya Çempionu Sebastyan Fettel bütün bu problemlərə baxmayaraq, Lyuis Həmiltona güvənir: “Yuxu kimi başlanğıc edə bilmədi. Amma hər şeyə realist yanaşır.

Hazırda işlər onun üçün qaydasında olmaya bilər, ancaq təcrübəsi ilə belə vəziyyətlərdə nə etməli olduğunu bilir.

Məncə, Ferrari hazırda nə onun nə də başqasının arzuladığı gücdədir. Həmişə olduğunuz şəraiti seçə bilmirsiniz. Lakin Lyuis bu idmanda bir neçə enişli-yoxuşlu dövrlər yaşadı. Əgər bu vəziyyətin öhdəsindən gələ biləcək bir adam varsa, o Lyuisdir. Onun üçün ən yaxşı şeyləri arzu edirəm.

Formula 1 karyeram ərzində onunla yarışdım. Buna görə də aramızda güclü bağ var”.

Rauf Hacıyev

Şərh əlavə et