Xəbəri Kokpitdə Oxuyun!

Pirelli Monako, İspaniya və Kanadaya gətirəcəyi təkərləri açıqlayıb

Formula1-in yeganə təkər təchizatçısı Monte Karlo, Barselona və Monrealda sürücülərin ixtiyarına verəcəyi təkər tərkiblərini elan edib.

Kokpit.az xatırladır ki, 2025-ci ildə Pirelli sliklərin çeşidinin sayını artırıb – ən yumşaq C6 tərkibi standart C1, C2, C3, C4 və C5-in sırasına əlavə edilib.

Pirelli Monako və Kanadaya daha əvvəl İmola üçün etdiyi ən yumşaq seçimi edib – C4, C5 C6 tərkibləri gətiriləcək və bu yumşaq üçlük müxtəlif strateji seçimlərə imkan verəcək. Xatırladaq ki, tarixi Monte Karlo trasında ötmələr çətin olduğundan, FİA bu yarışda iki pit-stopu məcburi edib və ən azı iki müxtəlif tərkibdən istifadə qərarını qüvvədə saxlayıb.

Ən yumşaq tərkiblərin gətirləcəyi 2 yarışın arasında isə İspaniya Qran Prisi var ki, bura üçün tam əks seçim edilib – C1, C2 və C3 tərkiblərindən ibarət üçlük gətiriləcək. Barselona trası uzun düzlüklər, sıx sürətli döngələr və yüksək temperatur səbəbindən təkər yeyilməsi baxımından mövsümün ən çətin traslarından biri hesab olunur. Bütün bu amillər birlikdə adətən təkərlərin istilikdən tez deqradasiyasına gətirib çıxarır.

Qran Pri / Tərkiblər С1 С2 С3 С4 С5 С6
Avstraliya
Çin
Yaponiya
Bəhreyn
Səudiyyə Ərəbistanı
Mayami
Emiliya Romanya
Monako
İspaniya
Kanada

Elçin Zodorov

Şərh əlavə et