Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Gələn il çempion olmalıyıq, çünki…

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, 2025-ci ildə çətinliklər yaşasa da, ümidlidir.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü bu mövsüm heç də istədiyi kimi çıxış edə bilmir və ilk 6 yarışda xal qazana bilməyib. Lakin veteran pilot 2026-cı il üçün böyük planlarına güvənir.

Fernando Alonso: “Hədəfimiz 2026-cı ildə Dünya Çempionu olmaqdır. Buna hazırıq? Bu suala gələn ilin fevral ayında cavab verə bilərik.

Dünyanın ən yaxşı konstruktorunu heyətimizə qatdıq. Yeni aerodinamik borumuz var. Bu il növbəti 19 yarış ərzində xalsız qalıb, sonra müsbət mənada danışmaq insanlara qəribə gələ bilər. Lakin biz doğrudan da pozitifik.

Öz hissiyatıma və performansıma güvənirəm. Mayamidə çox yavaş olsaq da, sprint sıralanma turunda son sessiyaya qala bildim. Sprint yarışında Həmilton və Elbon ilə podium uğrunda mübarizə apardım. Bolidin vəziyyətindən xəbərdar olsaq da, mən şəxsən narahat deyiləm”.

Rauf Hacıyev

Şərh əlavə et