Xəbəri Kokpitdə Oxuyun!

C.Vavlz: İnkişafın səbəbkarı Saynsdır

Williams komandasının rəhbəri Ceyms Vavlz bildirib ki, FW47-nin inkişafında ən böyük pay Karlos Saynsa aiddir.

Kokpit.az xatırladır ki, Formula 1-in ən titullu komandalarından olan Williams uzun illərdən sonra mövsümə yaxşı başlayıb. Britaniya təmsilçisi 6 yarışdan sonra 37 xal toplayıb və turnir cədvəlində 5-ci yerdədir.

Ceyms Vavlz: “İnkişafımızın səbəbi maşının sazlanması üzərində çox işləməyimizdir. Bu nöqtədə hər iki sürücümüzdən də böyük dəstək aldıq, amma Karlos bu işdə parıldayır. Zəif nöqtələri tapmaqda və harada inkişaf etmək lazım olduğunu müəyyən etməkdə əla iş gördü”.

Williams komandası keçən il ilk xalını mövsümün səkkizinci mərhələsi olan Monako Qran Prisində qazanmışdı. Bu il isə onlar ilk 6 yarışın 5-dən xalla ayrılıblar.

Ceyms Vavls: “Eyni maşınla yarışsaq da, Ərəbistan və Mayamidə maşını fərqli formada istifadə etdik. Mayami trasının bəzi hissələri maşınımızın güclü tərəfləri üçün idi və güclü olmağımızı təmin etdi”.

Rauf Hacıyev

Şərh əlavə et