Xəbəri Kokpitdə Oxuyun!

Bukmeykerlər İmola yarışı üçün “Piastri” deyir

Bukmeyker kontorları qarşıdan gələn Emiliya Romanya Qran Prisi və mövsümün nəticələri üçün mərc əmsallarını dərc ediblər.

Pul qoyuluşu qəbul edən idarənin əməkdaşarı Oskar Piastrinin ardıcıl 3 qələbə qazanmasından sonra “daşı ətəklərindən töküblər” və onu növbəti yarışın əsas favoriti hesab ediblər. Lakin Oskarın əmsalı komanda yoldaşınkından çox da fərqlənmir. Qələbəyə şanslı üçüncü namizəd isə Maks Ferstappendir.

Lando Norris – 2.25
Oskar Piastri – 2.40
Maks Ferstappen – 7.00
Corc Rassell – 15.00
Şarl Lekler – 23.00 
Kimi Antonelli, Lyuis Həmilton – 34.00
Karlos Sayns, Aleksander Elbon – 251.00

Piastri artıq keçən yarışdan əvvəl də çempionluğa əsas favorit göstərilirdi. Bu dəfə isə əmsalı daha da azalıb. Ən yaxın rəqibi ondan 16 xal geri qalan komanda yoldaşıdır. Bukmeykerlər hesab edirlər ki, onların çempionluq mübarizəsinə müdaxilə edə biləcək yeganə şəxs Ferstappendir. Lakin son 4 mövsümün çempionunun şansları təxmini 5 dəfə az qiymətləndirilir…

Oskar Piastri – 1.58
Lando Norris – 2.87
Maks Ferstappen – 9.00
Corc Rassell – 34.00
Kimi Antonelli – 51.00
Şarl Lekler – 67.00
Lyuis Həmilton – 101.00

Mühəndislər Kubokunu kimin qazanacağına olan pul qoyuluşu isə artıq tamamilə formal xarakter daşıyır…

McLaren – 1.01
Mercedes – 34.00
Ferrari, Red Bull – 67.00
Williams – 2001.00
Haas – 2501.00
Alpine, Aston Martin, Racing Bulls, Sauber – 3001.00

Elçin Zodorov

Şərh əlavə et