Bir vaxtlar Racing Point/Aston Martin və Alpine-ə rəhbərlik etmiş Otmar Safnauer dünya çempionatında 12-ci komanda üçün yer olduğuna inanır və artıq layihə üzərində işə başlayıb.
Otmar Safnauer: “Mənim 28 yaşım olanda Formula 1-də on iki komanda var idi. Formula 1-də ilk müqaviləmi 1997-ci ildə BAR ilə bağlamışam və o vaxt çempionatda daha çox iştirakçı var idi, ona görə də biz ilkin seçmələri keçməli olduq.
Ona görə də düşünürəm ki, indi on ikinci komanda üçün yer var. Və əgər iştirakçıların siyahısını daha da genişləndirmək qərarı verilsə, mən buna hazıram və uğurlu olacaq ərizə təqdim etmək istəyirəm. Hazırda üzərində işlədiyim şey budur.
Cadillac 11-ci işrirakçıdır, amma mənim başa düşdüyümə görə, onlar digər beş namizəd arasından seçiliblər. Beləliklə, mən yaxşı təsəvvür edə bilərəm ki, Formula 1 başqa komanda dəvət etmək istəsə, birdən çox müraciət edən olacaq. Formula 1 yeni komandanın seçilməsi prosesinə başlasa, ərizəmin ən yaxşısı olacağına əmin olmaq üçün hər şeyi etmək istəyirəm.
Şərh əlavə et