Xəbəri Kokpitdə Oxuyun!

MotoGP Fransa: Zarko vətənində əlçatmaz olub

MotoGP üzrə Fransa yarışını Yohan Zarko qazanıb. Onu Mark Markes və Fermin Aldequer izləyiblər.

Kokpit.az bildirir ki, yarışın qızdırma dövrəsində yağış başladığı üçün sürücülər qızdırma dövrəsinin sonunda motosikıet dəyişmək üçün pitə gəliblər. Bundan sonra yarış qırmızı bayraqlarıa dayandırılıb.

10 dəqiqədən sonra qızdırma dövrəsi yenidən başlanıb. Sürücülər trasa yağış təkərləri ilə çıxıblar. Ancaq bu dəfə bəzi sürücülər bu dəfə yağış kəsdiyi üçün pitə gəliblər. Bu sürücülər pit yolu bağlı olan zaman trasa gəldikləri üçün cüt uzun dövrə cəzası alıblar. Bu sürücülər Mark Markes, Aleks Markes, Fermin Aldequer, Maverik Vinyales, Franko Morbidelli, Fabio Kuartararo, Ai Oqura, Raul Fernandes, Fabio di Canantonio, Pedro Akosta və Bred Binder olublar. Qalan sürücülər isə düzülüşə yağış təkərləri ilə gəliblər.

Startda Fabio Kuartararo liderliyini qoruya bilməyib və Mark Markes ilk döngəni birinci yerdə keçib. Lakin dövrə bitənə qədər Fabio liderliyini yenidən qaytarıb. Arxa tərəfdə isə Françesko Banyaya və Xoan Mir qəza ediblər. Lakin italyan sürücü ayağa qalxaraq yarışa davam edib.

İkinci dövrədə isə Aleks Markes qardaşına hücum edib və ikinci yerə yüksəlib. Bəzi sürücülər uzun dövrə cəzalarını çəkəndən sonra Mark Markes liderliyə yüksəlib. Bu anda Fabio Kuartararo və Bred Binder qəza edərək mübarizəni dayandırıblar.

Yağışın artması ilə bəzi sürücülər yenidən pitə gəliblər. Enea Bastyanini və Franko Morbidelli qəza ediblər. Mark Markes isə uzun dövrə cəzasını çəkdikdən sonra yarışın yeni lideri Fermin Aldequer olub.

Aldequer və digər sürücülərin pitə girməsi ilə Yohan Zarko liderliyə yülsəlib.

Enea Bastyanini pit yolunda sürət həddini aşdığı üçün növbəti dəfə uzun dövrə cəzası alıb. Yarışın 16-cı dövrəsində Franko Morbidelli qəza edib. 20-ci dövrədə Migel Oliveyra da qəza edərək mübarizəni dayandırıb.

Aleks Markes isə yarışın 21-ci dövrəsində qəza edərək, üçüncü yerdən altıncı yerə geriləyib. Lakin bundan iki dövrə sonra növbəti dəfə yıxılıb və mübarizəni dayandırıb.

Beləliklə, Yohan Zarko doğma publikası önündə damalı bayrağa birinci yerdə çatıb və Honda-ya uzun müddətdən sonra qələbə qazandırıb. Mark Markes ikinci, Fermin Aldequer üçüncü olublar.

Rauf Hacıyev

Şərh əlavə et