Kokpit.az xatırladır ki, Lando Norris Mayami yarışının startında Maks Ferstappenlə təmas yaşamış və altıncı yerə geriləmişdi. Lakin o, daha sonra özünə gəlmiş və yenidən yüksələ bilmişdi. Britaniyalı sürücü yenidən Maksın arxasına gəlmiş və bir neçə dəfə aqressiv hücum etmişdi. Lakin 11-ci döngədə gec əylənərək, trasdan çıxmış və yerini yenidən niderlandlı sürücüyə qaytarmışdı.
Deymon Hill: “Ortada həll olunmalı bir şey var. Keçən il Avstriyada Maks ilə olan mübarizəsini xatırlayın. Özünü müdafiəsiz yerlərə daxil etdi və sonda itirən tərəf oldu. Hələ də deyir ki, yaxşı insan olaraq qazanmaq istəyirəm. Amma əsas yaxşı olmaq deyil, təsiredici olmaqdır. Maks kimi bir adamla mübarizə apararkən soyuqqanlı davranmaq lazımdır. Çünki Maks sənə yerini hədiyyə verməyəcək. İndi Oskar da var və onun yarış zəkası Maksa qarşı daha təsiredici görünür”.
Şərh əlavə et