Kokpit.az bildirir ki, Zek Braun verdiyi intervyuda Naycel Mansellin 1987-ci ildə sürdüyü Williams FW11B-nin sükanı arxasına keçəcəyini bildirib.
Amerikalı rəhbər kolleksiyasını göstərərək belə danışıb: “Bu il Britaniya Qran Prisində bu bolidi trasa çıxaracağam. Məncə, azarkeşlər bunu xoşlayacaqlar. Bolidi şəxsən özüm sürəcəm. Gələn həftə İspaniyada test edəcəyəm, çünki bu maşını daha əvvəl heç sürməmişəm.
Bolidi burada tamamilə yenidən yığdıq. Testlərdən keçdi və sürüşə hazırdır. Məncə, azarkeşlər Britaniyada bu maşını görəndə sevinəcəklər, amma McLaren-in rəhbərini Williams bolidində görmək onları çaşdıra bilər.
Kolleksiyamda bir tema görə bilərsiniz. Formula 1 və İndyCar-ı çox xoşlayıram. Bu maşın 1987-ci ildə çoxlu yarışlar qazandı. Naycel də bu maşın üçün ən çox sevdiyi maşın demişdi.
Xatırlayırsınız, 1987-ci ildə Naycel Mansell Britaniya yarışında lider gedərkən təkəri partlamış və pitə girib-çıxdıqdan sonra ardıcıl 17 dövrə tras rekordunu yeniləmişdi. Yarışın sonunda isə düzlüyün sonunda Nelson Pikeni keçərək, yarışı qazanmışdı. Bax, o yarışdakı maşın elə budur.
O vaxt Williams ilə sponsorluq müqaviləsi bağlayanda bu maşını almışdım. Məndən soruşdular ki, sənin üçün nə edə bilərik? Mən də onlara dedim ki, mənə maşın satın. Hansı maşını istədiyimi soruşdular və mən də bunu seçdim”.
Şərh əlavə et