Kokpit.az bildirir ki, Red Bull komandasının idman məsləhətçisi Helmut Markonun nə vaxt təqaüdə çıxacağı məlum deyil. Lakin avstriyalı mütəxəssis daha əvvəl bildirmişdi ki, öz yeri üçün ən ideal namizəd Sebastyan Fetteldir.
Dördqat Dünya Çempionu isə bu iddiaları təsdiqləyib və Red Bull ilə danışıqlat apardığını deyib.
Sebastyan Fettel: “Helmut ilə münasibətimiz yaxşıdır. Doğrudan da danışıqlar aparırıq. Lakin mövzu ilə bağlı müzakirələr çox dərin və gərgin deyil. Helmut bir neçə dəfə ayrılmaq istədiyini dedi, amma hələ də işləyir. Ümid edirəm ki, uzun müddət orada işləyər.
Həyat çox qəddardır və Helmut da bunu bilir. O, sərt, realist və özünə qarşı dürüst insandır. Nə vaxt getmək lazım olduğunu anlayar.
Məncə, Helmut Markonu əvəz etmək mümkünsüzdür. Bu insan 2005-ci ildən bəri komandanın uğurunda böyük rol oynayıb. Onun yerinə kim keşsə, gərək bu vəzifəni eyni formada icra etsin. Öz təcrübəmdən onun işinin xırdalıqlarını daha yaxşı anlayıram. Son illərdə yaxın işləməsək də, nə etdiyini bilirəm”.
Şərh əlavə et