Xəbəri Kokpitdə Oxuyun!

Kuartararo vətənində poul qazanıb

MotoGP üzrə Fransa Qran Prisinin sıralanma turunda Fabio Kuartararo poul qazanıb.

Kokpit.az bildirir ki, sıralanma turu günəşli hava şəraitində başlayıb. Sessiya başladıqdan sonra Aleks Rins 1.30.946 zaman nəticədi ilə zirvəyə yerləşib. Ai Oqura isə doqquzuncu döngədə qəza edərək, qırmızı bayraqların çıxmasına səbəb olub.

Bir neçə dəqiqədən sonra sessiya yenidən başlayıb və Oqura yenidən trasa çıxıb.

Yohan Zarko 1.30.399 zaman nəticəsi ilə liderliyi Aleks Rinsdən alıb. Raul Fernandes isə ondan 0.032 saniyə geridə qalaraq, ikinci olub və sıralanma turunun ikinci sessiyasına çıxıb.

İkinci sessiyada ilk cəhdlərdən sonra Mark Markes 1.29.442 zaman nəticəsi ilə ən sürətli dövrə rekordunu qırıb. Fabio Kuartararo isə 1.29.792 zaman nəticəsi ilə ikinci olub.

Sona 3 dəqiqə qalmış Fermin Aldequer ikinci olsa da, qəza edib və qısa müddət də olsa, sarı bayraqlara səbəb olub.

Son cəhdlərdə Mark Markes qəza edərək, nəticəsini yaxşılaşdıra bilməyib. Fabio Kuartararo isə 1.29.324 zaman nəticəsi ilə poul qazanıb.

Rauf Hacıyev

Şərh əlavə et