Xəbəri Kokpitdə Oxuyun!

Fransa sprint: Markesi dayandırmaq olmur

MotoGP üzrə Fransa Qran Prisinin sprint yarışında Mark Markes qalib gəlib. Aleks Markes və Fermin Aldequer isə podiumun digər pillərində olublar.

Kokpit.az bildirir ki, sprint yarışınım startında pouldan başlayan Fabio Kuartararo yaxşı start alıb və yerini qoruyub. Françesko Banyaya isə yaxşı startla altıncı yerdən dördüncü yerə yüksəlib. Lakin italyan sürücü üçüncü döngədə qəza edərək, mübarizəni dayandırıb. Bir neçə dövrədən sonra Bred Binder də qəza edib.

Beşinci dövrədə isə Mark Markes lider Fabio Kuartararoya yaxınlaşıb. Bir dövrə sonra ispaniyalı sürücü gözlənilən hücumu etsə də, Kuartararo əks hücumla yerini qaytarıb. Lakin Markes vaxt itirmədən yenidən hücum edib və ötməni tamamlayaraq liderliyə yüksəlib.

Marko Bezzekki isə çınqıllığa düşüb və yarışa 20-ci yerdə qayıdıb. Aleks Markes və Fermin Aldequer də Fabio Kuartararonu keçərək, müvafiq olaraq 2 və 3-cü yerə yüksəliblər.

Beləliklə, Mark Markes sprint yarışını qazanıb və bu il ardıcıl 6-cı sprint yarışından da qalib ayrılıb. Onu qardaşı Aleks Markes və Fermin Aldequer izləyibllər.

Rauf Hacıyev

Şərh əlavə et