Kokpit.az bildirir ki, fransalı sürücü Mark Markesi 0.066 saniyə qabaqlayaraq, birinci olub. Lakin Fabionun bu dövrəsi Markesin dünənki rekord dövrəsindən yarım saniyə geri qalıb.
Gresini komandasının debütantı Fermin Aldequer yaxşı performansla üçüncü olub. Onu Françesko Banyaya və Aleks Markes izləyiblər. Onlardan sonra KTM sürücüləri gəliblər. Maverik Vinyales altıncı, Pedro Akosta yeddinci olub.
Franko Morbidelli sessiyanın sonlarında trasdan çıxaraq yıxılıb. Buna baxmayaraq səkkizinci yerini qoruyub. Yohan Zarko və Luka Marini isə onluğu tamamlayan sürücülər olublar.
Bazar günü yarışı Ducati qazansa, ardıcıl 23-cü qələsini əldə edəcək və Honda-nın rekordunu qıracaq.
Şərh əlavə et